Gənclər Gününə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub

Gənclər Gününə həsr olunmuş stolüstü tennis turnirinə yekun vurulub

Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsi və Gənclər Evi SXM-nin birgə təşkilatçılığı ilə Gənclər Evinin tennis zalında 2 fevral Azərbaycan Gəncləri Günü nün təsis edilməsinin 25 illiyi münasibəti ilə gənclər həftəsi çərçivəsində gənclər və könüllülər arasında stolüstü tennis üzrə turnir keçirilib.

Turnirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin Gənclərlə iş sektorunun müdiri Rəşad Əlizadə və Gənclər Evi SXM-nin direktoru Amil Qurbanov çıxış edərək, gənclərə uğurlar arzulayıb və gənclərin asudə vaxtlarının səmərəli təşkili üçün belə yarışların əhəmiyyətli olduğunu qeyd ediblər. Daha sonra turnirin püşkatma mərasimi keçirilib və yarışlara start verilib.

Qeyd edək ki, turnirdə 1,2,3-cü yerləri tutan gənclər diplomlarla digərləri isə təşəkkürnamələrlə təltif olunublar.