Daha bir federasiyada prezident seçkiləri keçirildi

Daha bir federasiyada prezident seçkiləri keçirildi

Azərbaycan Həndbol Federasiyasının (AHF) ümumi yığıncağı keçirilib. Tədbirdə əvvəlcə gənclər və idman naziri Fərid Qayıbov konfrans iştirakçılarını salamlayaraq onlara uğurlar arzulayıb. Daha sonra Azərbaycan Həndbol Federasiyasının son illərdəki fəaliyyəti barədə hesabatı dinlənilib və federasiya rəhbərliyinə yeni seçkilər keçirilib. Saleh Məmmədov yenidən Azərbaycan Həndbol Federasiyasının prezidenti seçilib.
Yığıncaqda həmçinin Orxan Abbasov və Rəfiqə Şabanova federasiyanın vitse-prezidentləri seçiliblər. Konfransda Həndbol Federasiyası İdarə Heyətinə də seçkilər keçirilib. İsgəndər Əsgərov, Ernest Ağakişi, Vaqif Əliyev, Ələkbər Ağakişiyev, Lyudmila Şubina və Vidadi Əliyev İdarə Heyətinə üzv seçiliblər.
Tədbirdə Milli Olimpiya Komitəsinin prezidenti Çingiz Hüseynzadə çıxış edib. Yığıncaqdan sonra federasiya prezidenti Saleh Məmmədov jurnalistlərin suallarını cavablandırıb.
Qeyd edək ki, S.Məmmədov 2016-cı il dekabrın 1-dən AHF-ə rəhbərik edir.