Şahmatçımız Serbiyada mübarizəyə başlayır

Şahmatçımız Serbiyada mübarizəyə başlayır

Bu gün Serbiyanın Novi Sad şəhərində şahmat üzrə daha bir beynəlxalq turnir start götürəcək. Ölkəmizi yarışda Abdulla Qədimbəyli təmsil edəcək. Turnir 9 turdan ibarət olacaq və İsveçrə sistemi üzrə keçiriləcək. Fevralın 13-dək davam edəcək yarışda 16 şahmatçı iştirak edəcək ki, onlardan da 7-si qrosmeysterlərdir.

Qeyd edək ki, bundan əvvəl şahmatçımız Novi Sad şəhərində keçirilən beynəlxalq turnirdə 10 turdan 4 xal əldə edərək 13-cü yeri tutmuşdu.