Sahil Babayev Azərbaycan Boks Federasiyasının hədəflərini açıqladı
BOK
09.02.2022, 16:42
Bu gün Azərbaycan Boks Federasiyasının (ABF) hesabat-seçki konfransı keçirilib. Gənclər və İdman Nazirliyinin inzibati binasında təşkil olunan tədbirdə Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev səsvermə nəticəsində Azərbaycan Boks Federasiyasının yeni prezidenti seçilib. Tədbirdən sonra keçirilən mətbuat konfransında Sahil Babayev federasiya prezidenti seçilməsində ona göstərilən etimada görə minnətdarlığını bildidirb. O qeyd edib ki, Azərbaycanın bütün idman növlərinə geniş dəstək verilib: "Azərbaycanda idmanın inkişafı ulu öndər Heydər Əliyevin dövründən başlayır. Onun siyasətini Prezident İlham Əliyev uğurlu şəkildə davam etdirir. Son 15 ildə Azərbaycan idmanı beynəlxalq yarışlarda 945 medal qazanıb. Bu, ölkə başçısının idmana verdiyi dəstəyin bariz nümunəsidir. Bu idman növü Azərbaycanda böyük ənənələrə malikdir. Olimpiya medallarına baxanda boks ikinci sıradadır. Azərbaycan boksu və federasiyanın əvvəlki rəhbərliyi kifayət qədər böyük uğurlar əldə edib. Boksçular hər zaman uğurlu çıxış ediblər". S.Babayev idmançılar, məşqçilərimiz və federasiya əməkdaşları ilə birlikdə boksun daha da inkişaf etməsi üçün işləyəcəklərini diqqətə çatdırıb: "Biz bu sahədə fəaliyyətimizi daha da inkişaf etdirməliyik. Uşaqlar, yeniyetmələr, gənclər və böyüklər arasında boksun məşhurluğunu artırmaq üçün müxtəlif işlər görməliyik. İstedadlı idmançıları daha da peşəkar şəkildə hazırlıqlara cəlb etməliyik. İdmançıların yarışlarda daha aktiv iştirakı ilə bağlı tədbirlər görməliyik. Azərbaycan regionlarında və Bakıda boksa maraq böyükdür. Bunu daha kütləvi şəkildə etməliyik". Sahil Babayev federasiyanın qarşıdakı hədəfləri barədə də məlumat verib. Onun sözlərinə görə, qarşıdakı hədəfləri bir neçə istiqamətə bölmək olar: "Qısa müddətli cari ildəki yarışlarda Azərbaycana medallar qazandırmaq istəyirik. Orta müddətli hədəfə gəlincə, Paris olimpiadasına çox vaxtımız yoxdur. Burada da hədəf medallar gətirməkdir. Uzunmüddətli hədəflər isə yeni gənc boksçu nəslinin yetişdirilməsidir. Bunun üçün seleksiyalar həyata keçirilməli, yeni gənc hakim nəslin üzə çıxmasına çalışmalıdır. Bu hədəflərin altında da çoxsaylı planlar olacaq". S.Babayev Azərbaycanda yaxşı boks infrastrukturunun mövcud olduğunu sözlərinə əlavə edib: "Amma əhali arasında potensialı nəzərə alaraq, bu infrastrukturu genişləndirməliyik. Beynəlxalq arenada da əlaqələri genişləndirmək lazımdır". S.Babayev mətbuat konfransında bildirib ki, haqsızlıqlar təkcə boksda yox, digər növlərdə də olur: "Bəzən ədalətsiz qərar çıxanda dərin təəssüf hissi keçirmişəm. 2015-ci ildə Boks Mərkəzinin açılışı zamanı ölkə başçısı da bildirmişdi ki, hakim ədalətsizliyi ilə üzləşirik. Haqsızlıqla üzləşmişiksə, bunun hüquqi addımları olmalıdır. Məsələnin sistemli həlli üçün müxtəlif müzakirələrdə iştirak edəcəyik". Sahil Babayev boksa olan marağından da danışıb: "Bu sahədə biliklərim həvəskar sahədədir. Boksçularımızı izləyənlərdən biri olmuşam. Bundan sonra daha ciddi və peşəkar səviyyədə bu məsələ ilə məşğul olmağa başlamışam. Boksçularımızın əksəriyyətinin döyüşlərinə gənc yaşlarımda baxmışam və uğurlarına sevinmişəm". Federasiya prezidenti həmçinin boksçularımızın İrəvanda keçiriləcək Avropa çempionatında iştirakı məsələsinə də toxunub. O bildirib ki, yeni seçilmiş rəhbər olaraq baş məşqçi, məşqçilər korpusu və idmançılarla geniş müzakirələr aparacaqlar: "Azərbaycan boksu üçün xeyirlisi nədirsə, o addımları atacağıq. Boksçularımız istənilən yerdə və istənilən rəqiblə görüşlərdə qələbə qazanmağa hazırdır. Hər bir boksçumuz istəyər ki, həmin yarışda qələbələr qazansın. Məşqçi heyəti ilə qiymətləndirməni aparacağıq və bundan sonra qərar verəcəyik. Yekun qərar idmançılardan və məşqçilərdən asılıdır". Qeyd edək ki, Avropa çempionatı bu il 21 - 31 mayda keçirilməlidir.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK