Qrossmeysterimiz “Airthings Masters"də mübarizəni dayandırdı

Qrossmeysterimiz “Airthings Masters"də mübarizəni dayandırdı

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi Çempionlar Turunun “Airthings Masters” mərhələsində daha 3 görüş keçirib. 37 yaşlı qrossmeyster XIII turda niderlandlı Aniş Qiri ilə üz-üzə gəlib. Ağ fiqurlarla oynayan qrossmeysterimiz 79-cu gedişdə rəqibini məğlub edib.
Növbəti mərhələdə Karlsenlə qarşılaşan təcrübəli şahmatçı bu dəfə qara fiqurlarla mübarizə aparıb. Görüş 38-ci gedişdə dünya çempionunun xeyrinə başa çatıb.
Ş.Məmmədyarovun XV turdakı rəqibi isə özbəkistanlı Nodirbek Abdusattarov olub. Ağ fiqurlarla oynayan Azərbaycan təmsilçisi 58-ci gedişdə rəqibini təslim olmağa məcbur edib.
Qeyd edək ki, ilkin mərhələni 17 xalla 14-cü pillədə başa vuran Şəhriyar Məmmədyarov “8-liy”ə düşə bilmədiyi üçün turnirlə vidalaşıb.