Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib

“Təhsil” Respublika İdman Mərkəzinin (RİM) 4 saylı İxtisaslaşdırılmış Olimpiya Ehtiyyatları Uşaq-Gənclər İdman-Şahmat Məktəbinin təşkilatçılığı ilə Xocalı soyqırımının 30-cu ildönümünə həsr olunmuş şahmat turniri keçirilib. Yarışdan əvvəl faciə qurbanlarının və şəhidlərin əziz xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Sonra, Xocalı soyqırımı haqqında yarış iştirakçılarına ətraflı məlumat verilib. 
İsveçrə sistemi üzre keçirilən və 7 turdan ibarət olan yarışda 8-10-12-14 yaş qrupları üzrə şahmatçılar mübarizə aparıb. Turnirdə mükafatçılar sırasında yer alan zəka sahibləri diplom və medallarla təltif olunublar.