Bakıda Beynəlxalq Etnosport Forumu keçirilir
BOK
05.03.2022, 15:41
Bu gün Bakıda “Ənənəvi idman növlərinin dirçəlişi” devizi altında V Beynəlxalq Etnoidman Forumunun açılış mərasimi keçirilib. Foruma Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif, Türk Dövlətləri Təşkilatları təşkilatının sədri Bağdad Amreyev, tərəfdaş qurumların rəhbər şəxsləri, dövlət və hökumət rəsmiləri, diplomatlar olmaqla 14 ölkədən ümumilikdə 140 nümayəndə iştirk edib. Əvvəlcə dünyada etnoidman növlərinin inkişafını əks etdirən videoçarx nümayiş olunub. Açılış mərasimində çıxış edən Azərbaycanın gənclər və idman naziri Fərid Qayıbov tədbirin Bakıda keçirilməsinə görə Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğana təşəkkür edib. Nazir Azərbaycanın irimiqyaslı tədbirlərə ev sahibliyi ilə bağlı zəngin təcrübəsi olduğunu vurğulayaraq deyib: “Azərbaycan dövlətinin, xüsusilə Prezidenti İlham Əliyevin diqqət və qayğısı ilə ölkəmizdə I Avropa Oyunları, IV İslam Həmrəyliyi Oyunları, XV Avropa Gənclər Yay Olimpiya Festivalı, Formula 1 yarışları, dünya və Avropa çempionatları, digər nüfuzlu turnirlər keçirilib. IV İslam Həmrəyliyi Oyunlarının proqramına ənənəvi idman növümüz olan zorxana da daxil edilmişdi və bu yarış uğurla keçirildi. Azərbaycanın milli idman növü olan çövkən atüstü oyunu üzrə bir sıra yarışlar, o cümlədən beynəlxalq turnirlər təşkil edilir. 2019-cu ildə isə Gədəbəydə Milli Yaylaq Festivalı keçirilib”. Nazir bildirib ki, 2005-ci ildən etibarən hər il martın 5-i Azərbaycanda Bədən Tərbiyəsi və İdman Günü kimi qeyd edilir. Bu il “İdman həftəsi” çərçivəsində ölkəmizin müxtəlif regionlarında silsilə tədbirlər təşkil olunub. Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan qədim tarixə malik Azərbaycanda belə bir nüfuzlu forumun keçirilməsindən məmnunluğunu bildirib. Gənc nəsil arasında milli idman oyunlarının təbliğinin vacibliyini xüsusi qeyd edən B.Ərdoğan bildirib: “Bugünkü forumda ənənəvi idman növlərinin keçmişini və gələcəyini müzakirə edəcəyik. Bir çox ölkə və millətin nümayəndələrini bu mövzu ilə bağlı bir araya gətirmək böyük uğurdur. İnsanların birləşməsi üçün hörmət, həmrəylik, sülhün bərqərar olması xüsusi əhəmiyyət kəsb edir. Dünya Etnoidman Konfederasiyası öz işini məhz bu dəyərlər üzərində qurub. Ümidvaram ki, bu forum müxtəlif mədəniyyətlər arasında körpü rolunu oynayacaq”. B.Ərdoğan növbəti forumun Türkiyədə keçiriləcəyini bildirib. BMT-nin Məskunlaşma Proqramının icraçı direktoru xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə əməkdaşlığa böyük önəm verdiyini və bu işbirliyindən məmnun olduğunu bildirib: “BMT-nin Məskunlaşma Proqramı olaraq inklüziv, davamlı, təhlükəsiz, dayanıqlı şəhərlərin yaradılması və icmaların qurulmasının tərəfdarıyıq. Bütün xalqlar, millətlər milli idman növlərini yaşatmaq haqqına sahibdirlər. Çünki bütün ənənəvi milli idman növləri dünyanın zənginliyidir”. Xanım Maimuna Mohd Şərif BMT-nin Dünya Etnoidman Konfederasiyası ilə bundan sonra da fəal əməkdaşlıq edəcəyini diqqətə çatdırıb. Türk Dövlətləri Təşkilatının Baş katibi Bağdad Amreyev Bağdad Amreyev etnoidman növlərinin kütləviliyinin artırılmasının müxtəlif xalqlar arasında münasibətlərin inkişafı, dostluq əlaqələrinin və əməkdaşlığın dərinləşdirilməsi baxımından önəmini xüsusi vurğulayıb. B.Amreyev bu forumun, eləcə də etnoidmanın türkdilli dövlətlər və xalqlar arasında da qardaşlıq əlaqələrinin inkişafına mühüm töhfə verəcəyini deyib. Qeyd edək ki, V Dünya Etnoidman Forumunda etnoidman idman növlərinin yayılması və şaxələndirilməsi üçün ideyalar, oyun mükafatları və idmançıların motivasiyasının yaxşılaşdırılması, eləcə də etnoidmanın təbliği məsələləri müzakirə olunacaq. Belə bir tədbirin təşkili xalqların zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış adət-ənənələrinin və mədəniyyətlərinin, eləcə də milli idman növlərinin inkişafında və daha da möhkəmlənməsində əhəmiyyətli rol oynayacaq. V Beynəlxalq Etnoidman Forumunun Bakıda keçirilməsinə dair qərarın qəbulu ölkəmizin indiyədək bir sıra mühüm idman yarışlarına və tədbirlərinə uğurla ev sahibliyi etməsinin nəticəsidir. Belə ki, dünyanın zənginliyindən xəbər verən ənənəvi milli idman növlərinin inkişafına ölkəmizdə yüksək diqqət və qayğı göstərilir. Bu da Azərbaycan dövlətinin öz tarixinə, adət-ənənələrinə yüksək diqqətinin bariz göstəricisidir. Azərbaycanın milli atüstü idman oyununun - çövkənin 2013-cü ildə UNESCO-nun Qeyri-Maddi Mədəni İrsin Reprezentativ Siyahısına salınması böyük uğurlarımızdandır. Dünya Etnoidman Konfederasiyası 2016-cı ildən etibarən hər il İstanbulda onlarca ölkədən yüz minlərcə ziyarətçinin iştirakı ilə Etnoidman Mədəniyyəti Festivalı təşkil edir. Ənənəvi idman və oyunlar çərçivəsində keçirilən festivalda müxtəlif ölkələr öz mədəni və idman tədbirlərini nümayiş etdirmək imkanı qazanırlar. Konfederasiyanın dəstəyi ilə Azərbaycanda yaylaq və elat ənənələrinin yaşadılması və təbliği məqsədilə 2019-cu ildə Gədəbəy rayonunda Milli Yaylaq Festivalı keçirilib. Bu festivalın əsas məqsədi Azərbaycan xalqının zəngin və çoxəsrlik mədəni irsinin, yüz illərlə formalaşmış yaylaq və elat mədəniyyətinin, unikal mədəniyyət nümunələrinin və tarixi abidələrinin nümayiş etdirilməsi və ərazinin turizm potensialının üzə çıxarılmasından ibarət olub. Qeyd edək ki, V Beynəlxalq Etnosport Forumuna martın 6-da yekun vurulacaq.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK