Taekvondoçularımız “Fajr Open” turnirində 4 medal qazandılar

Taekvondoçularımız “Fajr Open” turnirində 4 medal qazandılar

İran İslam Respublikasının paytaxtı Tehran şəhərində keçirilən taekvondo üzrə ənənəvi “Fajr Open” G-2 kateqoriyalı beynəlxalq turnirinə yekun vurulub.
Yarışın son günündə iki idmançımız dayanq üzərinə çıxıb. Təmsilçilərimizdən Cavad Ağayev (68 kq) və Radik İsaev (87+ kq) yalnız finalda məğlub olaraq gümüş medala sahib çıxıblar.
Beləliklə, taekvondoçularımız beynəlxalq turniri 4 (3 gümüş, 1 bürünc) medalla başa vurublar.
Xatırladaq ki, bundan əvvəl qadın taekvondoçularımızdan Fəridə Əzizova (67 kq) gümüş, Patimat Abakarova (53 kq) isə bürünc medala sahib olublar.