Qrossmeysterimiz bu dəfə Berlinə yollanacaq

Qrossmeysterimiz bu dəfə Berlinə yollanacaq

Martın 21-də Almaniyanın Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinə start veriləcək. 16 şahmatçının iştirak edəcəyi yarışda Azərbaycan qrosmeysteri Şəhriyar Məmmədyarov da mübarizə aparacaq. Təmsilçimiz Leyner Dominqes (ABŞ), rusiyalı Daniil Dubov, almaniyalı Vinsent Keymerin yer aldığı B qrupunda yarışacaq.
Yarışın əsasnaməsinə görə, seriyada ümumilikdə 24 idmançı iştirak edir. Hər bir şahmatçı seriyanın maksimum iki turnirində oynaya bilər. Şəhriyar Məmmədyarov bundan əvvəl Belqradda keçirilmiş FIDE Qran-Pri seriyasının ikinci mərhələsində iştirak edib.
Oyunçular hər turnirin nəticəsinə görə Qran-Pri xalları qazanacaqlar. Oynadıqları iki turnirdə ən çox xal yığan iki şahmatçı 2022-ci il namizədlər turnirinə vəsiqə qazanacaq.