Qrossmeysterimiz finalın bir addımlığında

Qrossmeysterimiz finalın bir addımlığında

Almaniyanın paytaxtı Berlin şəhərində şahmat üzrə FIDE Qran-Pri seriyasının üçüncü mərhələsinin oyunları keçirilir. Yarışda ölkəmizi təmsil edən Şəhriyar Məmmədyarov bu gün Hikaru Nakamura (ABŞ) ilə tay-breykdə qarşılaşacaq. Qeyd edək ki, şahmatçımızın rəqibi ilə bundan əvvəlki hər iki qarşılaşması heç-heçə başa çatıb.

Digər tay-breykdə Uesli So (ABŞ) iranlı Amin Tabatabayi ilə üz-üzə gələcəklər. Qran-Prinin nəticələrinə görə, yarış iştirakçıları reytinq xalları qazanacaqlar.
Turnirə aprelin 4-də yekun vurulacaq.