Daha bir şahmatçımız qrosmeyster normasını toplayıb

Daha bir şahmatçımız qrosmeyster normasını toplayıb

Sloveniyada şəxsi Avropa çempionatında iştirak edən üç şahmatçımız fərdi normativləri yerinə yetirib. Son turda parlaq qələbə qazanan Read Səmədov qrosmeyster üzrə ilk, Abdulla Qədimbəyli isə ikinci normativi toplayıb. Qadınlar arasında ən yaxşı nəticə göstərən təmsilçimiz Gövhər Beydullayeva isə qadınların qrosmeyster üzrə son normasını yerinə yetirib.
Xatırladaq ki, qitə birinciliyinin nəticələrinə əsasən, ilk 20-likdə qərarlaşan şahmatçılar, o cümlədən təmsilçilərimiz Vasif Durarbəyli, Abdulla Qədimbəyli, Misrətdin İsgəndərov və Qədir Hüseynov 2023-cü ildə keçiriləcək dünya kubokuna vəsiqə qazanıblar.