“Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə - ELAN

“Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə - ELAN

BOK

14.04.2022, 15:49

 

Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası,  "Olimpiya dünyası” qəzeti ilə birgə "Ədalətli oyun ruhu” mövzusunda fotomüsabiqə ELAN EDİR

Mövzu:"Ədalətli oyun ruhu” Müsabiqənin şərtləri: Fotoşəkillər idmanda, gündəlik həyatda, təhsildə, adi mühitdə ədalətlilik,bərabərlik, həmrəylik, dürüstlük,dostluq, harmoniya, tolerantlıq, hörmət, komanda ruhu xüsusiyyətlərini özündə əks etdirməlidir; Fotolar JPG və RGB formatında olmalı, ölçüsü 4 MB-dən artıq (72 dpi) olmamalıdır. Məsləhət görülən ölçü formatı: 300 dpi (= 3543x2362) Şəkillər rəngli və ağ-qara formatda ola bilər; İştirakçılar müsabiqəyə qeyd olunan mövzu üzrə istənilən sayda fotoşəkillə qatıla bilərlər; Fotolar real hadisəni əks etdirməli, müsabiqə mövzusunun tələblərinə uyğun olmalı, hər hansı kompyuter və ya digər texnologiya vasitələrinin imkanlarından istifadəyə yol verilməməlidir; Müəlliflər etik dəyərlərə və prinsiplərə əməl etməlidirlər. Əks halda fotolar müsabiqədən kənarlaşdırılacaqdır; Fotoşəkil göndərilərkən elektron poçt ünvanında müsabiqə iştirakçısının adı, soyadı,əlaqə nömrəsi qeyd olunmalıdır; Fotolar 25 aprel 2022-ci il tarixədək [email protected] elektron poçt ünvanına göndərilməlidir; Son müraciət tarixindən sonra daxil olan fotolar qeydə alınmayacaqdır; Qalib və mükafatçılarla elektron poçt ünvanı və qeyd olunan telefon nömrəsi vasitəsilə əlaqə saxlanılacaq. Üç iş günü ərzində cavab verilməzsə, həmin foto qalib olmaq hüququndan məhrum edilərək yeni qalib müəyyənləşəcək; Müsabiqə qaliblərinin adları və fotoları KİV-lərdə, sərgilərdə və sosial media səhifələrində təqdim ediləcəkdir; Müsabiqə qaliblərinin elanı: 30 aprel 2022-ci il; Mükafatlar: I yer-200 AZN; II yer-150 AZN; III yer-100 AZN;

Bütün iştirakçılara MOK-un Ədalətli Oyunlar Komissiyası tərəfindən Sertifikat təqdim ediləcək, qaliblərə, 4-cü və 5-ci yerlərin sahiblərinə həvəsləndirici mükafatlar veriləcək; Əlaqə nömrəsi: 055 709-95-57; 077-325-09-34 012 440- 14- 93 Elektron poçt: [email protected]  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR