Stolüstü tennis üzrə milli komanda Türkiyəyə yollanıb

Stolüstü tennis üzrə milli komanda Türkiyəyə yollanıb

Stolüstü tennis üzrə milli komanda İslam Həmrəylik Oyunlarına hazırlığa başlayıb.

Azərbaycan Stolüstü Tennis Federasiyasından Sportline.az saytına verilən məlumata görə, əsas seçmə komandanın üzvləri bu məqsədlə ölkə xaricinə yollanıblar. Türkiyənin Yalova şəhərində təşkil olunan təlim-məşq toplanışında Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak edəcək. Komandanın böyük məşqçisi Fərhad İsmayılovla məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçəcək toplanışa mayın 6-da yekun vurulacaq. Seçmə komanda hazırlıq proqramına əsasən ardınca digər toplanışlara qatılacaq. Qeyd edək ki, İslam Həmrəylik Oyunları  9-18 avqust tarixlərində Türkiyənin Konya şəhərində təşkil olunacaq.