“Şahin” hərbi-idman oyunu üzrə V zona birinciliyinin qalibləri müəyyənləşib
BOK
28.04.2022, 16:25
Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə “Şahin” hərbi-idman oyunu üzrə V zona birinciliyi keçirilib. Yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra Vətənimizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov, Gənclər və İdman Nazirliyinin Vətənpərvərlik və vətəndaşlıq tərbiyəsi sektorunun müdiri Əli Məmmədov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının N saylı hərbi hissəsinin komandiri polkovnik Azər Əliyev və Vətən müharibəsi iştirakçısı Tural Xanəliyev çıxış edərək, “Şahin” hərbi-idman oyunlarının gənclərin vətənpərvərlik tərbiyəsində müstəsna əhəmiyyəti olduğunu, ordu sıralarında xidmətə hazırlıqda bu yarışın böyük rolunu qeyd ediblər. Həmçinin tədbirdə çıxış edən natiqlərlə yanaşı, Vətən müharibəsi iştirakçısı, Gəncə Şəhər İcra Hakimiyyətinin əməkdaşı Fərman Rüstəmov və Abbas Mikayılov, Fövqəladə Hallar Nazirliyinin Mülki Müdafiə Qoşunlarının Müfəttişlik şöbəsinin rəisi polkovnik Amil Alcanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Gəncə şəhəri Nizami rayon şöbəsinin rəisi polkovnik-leytenant Anar Kazımov, Fövqəladə Hallar Nazirliyinin Gəncə Regional Mərkəzinin rəisi Asif Məmmədli, Gəncə Şəhər Statistika İdarəsinin rəisi Elşən Məmmədov, Goranboy Rayon Gənclər və İdman İdarəsinin rəisi Elşad Həsənov, Kəlbəcər Rayon Gənclər və İdman İdarəsinin rəisi Musa Mamedov, Samux Rayon Gənclər və İdman İdarəsinin rəisi Rəşad Qarayev, Göygöl Rayon Gənclər və İdman İdarəsinin rəisi Zaur Abbasov, Gəncə Şəhər 2 nömrəli Uşaq-Gənclər İdman Şahmat-Məktəbinin direktoru Asif Həsənov və digər rəsmi şəxslər iştirak ediblər. “Şahin” hərbi-idman oyununun zona mərhələsində Göygöl, Samux, Şəmkir, Qazax, Ağsatafa, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Kəlbəcər, Oğuz komandaları iştirak edib. Hərbi-idman tədbirində məktəblilərin 5 mərhələdə sıra, mülki müdafiə, fiziki hazırlıqları, maneələrin dəf olunması və komanda qərargahı çadırının qurulması üzrə bacarıqları yoxlanılıb. Yekunda hakimlər kollegiyasının aidiyyəti Əsasnamədə göstərilən qaydalara uyğun, protokollaşdırılan bal sisteminə müvafiq olaraq Oğuz komandası isə birinci yerə layiq görülüb. Samux komandası ikinci, Şəmkir komandası isə üçüncü yerə sahib çıxıb. “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin hərbi-vətənpərvərlik tərbiyəsinə diqqəti daha da artırmaq, məktəbliləri hərbi-idman oyunlarına geniş cəlb etməklə onların ordu sıralarında xidmətə hazırlanmasına kömək göstərilməkdən ibarətdir. Qeyd edək ki, “Şahin” hərbi-idman oyununun Gəncədə keçirilən V zona birinciliyində 1-ci və 2-ci yerin sahibləri vəsiqə qazanaraq, qarşıdakı günlərdə respublika birinciliyində iştirak edəcəklər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK