Stolüstü tennisçilərimizin təlim-məşq toplanışı başa çatdı

Stolüstü tennisçilərimizin təlim-məşq toplanışı başa çatdı

Stolüstü tennis üzrə milli komandamız Türkiyədə təlim-məşq toplanışını başa vurub. Türkiyənin Yalova şəhərində təşkil olunan hazırlıq prosesində milli üzvlərindən Nəzakət Qarayeva, Zemfira Mikayılova, Ləman Abdulhəmidova, Mərziyyə Nurmətova, Emin Məmmədov, Vəzir Allahverdiyev, Nihad Məmmədov və Adil Əhmədzadə iştirak ediblər.
Komandanın böyük məşqçisi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə keçən toplanışdan sonra seçmə komanda hazırlıq proqramına əsasən, digər toplanışlara qatılacaq.
Qeyd edək ki, təlim-məşq toplanışının təşkilində əsas məqsəd komandamızın İslam Həmrəyliyi Oyunlarına hazırlığının təmin edilməsidir.
Xatırladaq ki, növbəti oyunlar avqustun 9-18-də Türkiyənin Konya şəhərində təşkil olunacaq.