Heydər Əliyev SSRİ-də erməni millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi - İqor Korotçenko
BOK
08.05.2022, 10:42
Heydər Əliyev çoxmillətli SSRİ üçün məhvedici olmuş erməni millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi.
Olimpnews.az bildirir ki, bunu Trend-ə rusiyalı siyasi analitik, "Natsionalnaya oborona" jurnalının baş redaktoru İqor Korotçenko deyib.
O qeyd edib ki, Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəhrəmanı, işgüzar, məqsədyönlü şəxs və ən uğurlu rəhbərlərdən olub.
"Heydər Əliyev Azərbaycan tarixində irimiqyaslı şəxsiyyətdir. Hələ Sovet İttifaqı dövründə Heydər Əliyev dövlət rəhbərliyi sistemində ən vacib vəzəifələrdən olan SSRİ Nazirləri Şurası sədrinin birinci müavini vəzifəsini tutub. Buna qədər o, Azərbaycan SSR Dövlət Təhlükəsizlik Komitəsinə rəhbərlik edib və qurumu ittifaq komitələri sistemində ən yaxşılardan birinə çevirib. Daha sonra o, Azərbaycana rəhbərlik edib və öz işinin nəticələri sayəsində sovet ittifaqında ən yüksək vəzifələrə təyin edilib. Mən əminəm ki, ittifaqa Mixail Qorbaçov yox, Heydər Əliyev rəhbərlik etsəydi, o, bu gün mövcud olardı və yəqin ki, öz inkişafında indiki Çin kimi nəticələr göstərərdi. Amma sovet bürokratiyasının intriqaları, Heydər Əliyevdə özünün birbaşa rəqibini görən Qorbaçovun paxıllığı nəticəsində Heydər Əliyev istefaya göndərildi. Heydər Əliyev Qorbaçovun dağıdıcı kursuna, çoxmillətli SSRİ üçün məhvedici olmuş erməni millətçiliyinə müqavimət göstərə bilən nadir şəxslərdən idi", - deyə ekspert bildirib.
Onun sözlərinə görə, sovet ittifaqının dağılmasından sonra Azərbaycan çətin vəziyyətə düşdü, belə ki, hakimiyyətə xalq cəbhəsindən populistlər gəldi və onların siyasəti nəticəsində Azərbaycan faktiki olaraq dövlətçiliyin və müstəqilliyin itirilməsi təhlükəsi ilə üzləşdi.
"Məhz milli tarixin bu kritik məqamında Azərbaycan xalqı tələb etdi ki, Heydər Əliyev hakimiyyətə qayıtsın və Ermənistan, erməni separatçılar tərəfindən dağıdıcı müharibəyə məruz qalan ölkəyə rəhbərlik etsin. Məhz bu, Azərbaycana uçuruma yuvarlanmağı dayandırmağa və istiqamətini dəyişərək irəli addımlamağa imkan verən dönüş nöqtəsi oldu. Təkcə Azərbaycan dövlətçiliyinin dirçəlişi deyil, həm də Azərbaycanın neft və qaz ehtiyatlarının dövlətin və xalqın mənafeyinə yönəltməyə imkan vermiş yeni kurs məhz Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin vaxtında mühüm müqavilələr imzalanıb və onlar sayəsində bu gün Azərbaycan enerji ehtiyatlarının dünya bazarlarına etibarlı tədarükçüsü və Avropa İttifaqının enerji təhlükəsizliyinin qarantlarından biridir", - İ.Korotçenko vurğulayıb.
O qeyd edib ki, Heydər Əliyev sayəsində gənc effektiv idarəçilər vacib vəzifələrə irəli sürüldü, Azərbaycanın siyasi elitası, siyasi sinifi yarandı, ölkə beynəlxalq arenada öz mövqeyini möhkəmləndirdi və Rusiya ilə çox yaxşı dostluq münasibətləri qurdu.
İ.Korotçenko əlavə edib ki, Rusiyada milyonlarla insan Heydər Əliyevi xatırlayır və hörmət edir.
"Prezident Vladimir Putin həm ictimai, həm də qapalı tədbirlərdə hər zaman Heydər Əliyev şəxsiyyətinə hörmətini vurğulayıb. Ona görə də biz Rusiyada, həm də Sovet İttifaqının tarixində dərin iz qoymuş bu görkəmli siyasi xadimi xatırlayırıq", - deyə o bildirib.
Ekspert vurğulayıb ki, ulu öndər Heydər Əliyevin 2023-cü ildə 100 illik yubileyi təkcə Azərbaycanda yox, həm də Rusiyada geniş miqyasda qeyd edilməlidir.
"Heydər Əliyev yeni Azərbaycanın tarixində layiqli siyasətçi, idarəçi, irimiqyaslı şəxsiyyət olub. Fikrimcə, Heydər Əliyevin 100 illik yubileyi Rusiyada da yüksək səviyyədə qeyd olunacaq. Və əlbəttə ki, ekspert ictimaiyyəti bu görkəmli şəxsiyyətə öz hörmətini ifadə etmək üçün həmin tədbirlərdə iştirak edəcək", - İ.Korotçenko deyib.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK