Şəhriyar Məmmədyarov: "Səhv etdikdən sonra yaxşı oynamağa çalışıram"

Şəhriyar Məmmədyarov: "Səhv etdikdən sonra yaxşı oynamağa çalışıram"

"Çox qəribədir. Səhvim ondadır ki, 2 piyadanı qurban verdikdən sonra yaxşı oynamağa çalışıram. Həmin vaxt isə artıq gec olur".

"Report"un məlumatına görə, bunu Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rumıniyanın paytaxtı Buxarestdə keçirilən "Grand Chess Tour" seriyasının birinci mərhələsi olan "Superbet Chess Classic" turnirində rumıniyalı Boqdan Danyel-Dayakla heç-heçə oynadığı IV tur görüşündən sonra deyib.

37 yaşlı qrossmeyster hücuma ləng keçdiyini bildirib: "Düşünürəm ki, oyunun gedişində yaxşı şansı qaçırdım. Sonra isə uduzmamaq üçün oynamağa başladım".

Qeyd edək ki, Şəhriyar Məmmədyarov 4 turdan sonra 1,5 xalla 10 şahmatçı arasında 6-cı pillədə qərarlaşıb.