"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək

"Chessable Masters": Şəhriyar Məmmədyarov ilk görüşünü keçirəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov bu gün norveçli dünya çempionu Maqnus Karlsenin təşkil etdiyi "Champions Chess Tour" onlayn seriyasının dördüncü mərhələsində mübarizəyə başlayacaq.

Olimpnews-un məlumatına görə, 37 yaşlı qrossmeyster "Chessable Masters" adlanan turnirin I turunda qara fiqurlarla kanadalı Erik Hansenlə üz-üzə gələcək.

Qeyd edək ki, turnirin mükafat fondu 210 000 ABŞ dollarıdır. Şəhriyar Məmmədyarov əvvəlki üç mərhələnin nəticəsinə görə hazırda Çempionlar Turunda 55,50 xalla 6-cı pillədə qərarlaşıb.