Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

Lukas Podolski Polşa klubu ilə müqaviləsini uzadıb

BOK

20.05.2022, 11:34

Almaniya millisinin sabiq futbolçusu Lukas Podolski Polşanın "Qurnik" klubu ilə yeni müqavilə imzalayıb.

Olimpnews.az Zabje təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, 37 yaşlı hücumçunun sözləşməsinin müddəti 2023-cü ilin yayınadək uzadılıb.

Qeyd edək ki, Lukas Podolski 1985-ci ildə Polşanın Qlivitse şəhərində anadan olub. Təcrübəli forvard 2 il sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb. O, 2014-cü ildə Bundestimin heyətində dünya çempionu olub.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR