İddiaçılar Turniri: Rəcəbova bürünc medalı Mahir Məmmədov təqdim edib - VIDEO

İddiaçılar Turniri: Rəcəbova bürünc medalı Mahir Məmmədov təqdim edib - VIDEO

İspaniyanın paytaxtı Madriddə şahmat üzrə İddiaçılar Turnirinin təntənəli bağlanış mərasimi keçirilib.

Azərbaycan Şahmat Federasiyasından (AŞF) "Report"a verilən məlumata görə, tədbirə qurumun prezidenti, Beynəlxalq Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov da qatılıb.

AŞF rəhbəri İddiaçılar Turnirində üçüncü yeri tutan Teymur Rəcəbova bürünc medalı təqdim edib.

Qeyd edək ki, turnirin qalibi rusiyalı Yan Nepomnyaşi olub.