Stolüstü tennisçilərimiz qitə birinciliyinin növbəti mərhələsində  

Stolüstü tennisçilərimiz qitə birinciliyinin növbəti mərhələsində  

Serbiyanın paytaxtı Belqradda yeniyetmə stolüstü tennisçilərin Avropa birinciliyi Keçirilir. Yarışın ilk günündə Sloveniya komandasına 3-1 hesabı ilə qalib gələn  oğlanlardan ibarət millimiz növbəti oyununu Avstriya seçməsinə qarşı keçirib. Bu qarşılaşmada rəqibinə 1-3 hesabı ilə uduzan komandamız qrupu ikinci sırada başa vuraraq  növbəti mərhələyə yüksəlib.

İlk oyunda Yunanıstan seçməsinə uduzan (1-3), ardınca Monteneqro komandasına qalib gəlib gələn (3-0) qızlardan ibarət millimiz isə növbəti oyunda İsveç kollektivini məğlub edib -3:1. Millimiz bu nəticə ilə qrup ikincisi olub. Komandalarımız növbəti oyunlarını bu gün keçirəcəklər.

Qeyd edək ki, mötəbər yarışda məşqçilər Elnur Hidayətzadə və Ramil Cəfərovun rəhbərliyi ilə Arzu Aslanova, Aylin Əsgərova, Mərziyyə Nurmətova, Adil Əhmədzadə, Hüseyn Eylazov və Onur Quluzadə komanda turniri ilə yanaşı, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında da bacarıqlarını göstərəcəklər. Beynəlxalq dərəcəli hakimlər Könül Mikayılova və Zaur Mikayılov da Avropa birinciliyində ölkəmizi təmsil edirlər.

Yarışa iyulun 16-da yekun vurulacaq.