V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyətimiz Konyadadır

V İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyətimiz Konyadadır

Avqustun 9-18-də keçiriləcək Beşinci İslam Həmrəyliyi Oyunlarında ölkəmizi təmsil edəcək əsas nümayəndə heyəti Türkiyəyə çatıb. Gənclər və idman naziri Fərid Qayıbovun rəhbərlik etdiyi heyətdə idmançı və məşqçilərlə yanaşı, media nümayəndələri də yer alıblar. Azərbaycan nümayəndə heyətini Türkiyənin tanınmış idman ictimaiyyətinin nümayəndələri böyük coşğu ilə qarşılayıblar.

Yarışın açılış mərasimi avqustun 9-da Konyadakı 42 min tamaşaçı tutumuna malik Böyükşəhər Bələdiyyəsi Stadionunda təşkil olunacaq. Möhtəşəm açılış mərasimi üç saat davam edəcək.