Konya-2021: Qadın stolüstü tennisçilərimizdən uğurlu başlanğıc 

Konya-2021: Qadın stolüstü tennisçilərimizdən uğurlu başlanğıc 

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən stolüstü tennis yarışları davam edir. Bu gün qadın stolüstü tennisçilərimiz Konya-2021-in komanda yarışlarında mubarizəyə başlayıblar. Komandamız ilk oyunda Banqladeş seçməsi ilə qarşılaşıb. Görüş millimizin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Komandamızın üzvlərindən Ləman Əbdülhəmidova və Mərziyyə Nurmətova şəxsi görüşlərdə, Nəzakət Qarayeva-Mərziyyə Nurmətova tandemi isə qoşa yarışda rəqiblərini üstələyiblər. Komandamız bu gün Özbəkistan, sabah İran millisi ilə üz-üzə gələcək.