Konya-2021: Stolüstü tennisçilərimiz növbəti mərhələdə

Konya-2021: Stolüstü tennisçilərimiz növbəti mərhələdə

Konyada V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən stolüstü tennis üzrə komanda yarışları davam edir. Bu gün kişi stolüstü tennisçilərimiz komanda yarışlarında mübarizə aparıblar. Komandamız ilk oyun günündə Mavritaniya seçməsi ilə görüşməli idi. Lakin rəqib oyuna çıxmadığından yığmamızın aktivinə texniki qələbə verilib. Komandamız sabah Türkiyə və Uqanda milliləri ilə üz-üzə gələcək.