Kikboksçularımız Konya-2021-i 15 medalla başa vurdular

Kikboksçularımız Konya-2021-i 15 medalla başa vurdular

Türkiyənin Konya şəhərində V İslam Həmrəyliyi Oyunları çərçivəsində keçirilən  kikboksinq yarışlarına yekun vurulub. Elvin Ağayev (full contact, 86 kq) finalda türk idmançısı Əmrah Yaşara uduzaraq gümüş medalla kifayətlənib.
Beləliklə, 24 idmançı ilə mübarizə aparan Azərbaycan kikboksçuları Konya-2021-i 15 medalla başa vurublar. Bunlardan 3-ü qızıl, 5-i gümüş və 7-si isə bürünc medaldır.
Oyunlarda Bəhram Rəcəbzadə (low kick, +91 kq), Fərid Ağamoğlanov (full contact, 63,5 kq) və Anar Məmmədov (low kick, 57 kq) qızıl medallara layiq görülüblər. Gümüş medallara Rəhim Əliyev (low kick, 71 kq), Camal Məmmədov (full contact, 54 kq), Ramal Aslanov (low kick, 75 kq), Saqi Salehli (full contact, 75 kq), Elvin Ağayev (full contact, 86 kq) sahib çıxıblar. Amil Məmmədov (full contact, 51 kq), Ramiz Məmmədov (full contact, 60 kq), Elxan Əliyev (full contact, 71 kq), Arzuman Qədimov (low kick, 63,5 kq), Qəşəm Məmmədov (low kick, 67 kq), Bəybala Quliyev (low kick, 86 kq) və Aysu Devrişova (56 kq) isə bürünc medalla kifayətlənib.