Dünya çempionatında uğurlu nəticə

Dünya çempionatında uğurlu nəticə

Azərbaycan idmançıları avqustun 9-dan 20-dək Malayziyanın paytaxtı Kuala Lumpurda keçirilən muay-tay üzrə gənclər arasında dünya çempionatında uğurla çıxış ediblər. 110 ölkədən 3000-dən çox gənc idmançının qüvvəsini sınadığı yarışda Azərbaycanı baş məşqçi Fəxri Əliyevin və məşqçi Kamil Qasımovun rəhbərliyi ilə 6 mauy-tayçı təmsil edib. Ölkəmizi təmsil edən bütün idmançılar çempionatda medal qazanıblar. Belə ki, Xəyal Əliyev (60 kq) və Nihad Şoranov (48 kq) birinci yerə layiq görülüblər. Natiq Əliyev (42 kq) ikinci, Rəvan Qasımov (75 kq), Murad Nuruzadə (54 kq) və İzzət Həsənov (48 kq) üçüncü yerə sahib çıxıblar.