Millimiz Avro-2023-ün təsnifat mərhələsinə qələbə ilə başladı

Millimiz Avro-2023-ün təsnifat mərhələsinə qələbə ilə başladı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatının təsnifat mərhələsində mübarizəyə başlayıb. Eldar Yusubovun baş məşqçi olduğu yığmamız D qrupundakı ilk matçında Gürcüstan millisini qəbul edib. Bakı Voleybol Mərkəzində keçirilən görüş Azərbaycanın 3:0 (28:26, 25:11, 25:20) hesablı qələbəsi ilə başa çatıb.

Bu komandalar arasında növbəti görüş avqustun 28-də Gürcüstanda olacaq.

Qeyd edək ki, yığmamız Avro-2023-ün təsnifat oyunlarında D qrupunda Sloveniya, Gürcüstan və Avstriya millilərinə qarşı mübarizə aparacaq.

Ümumilikdə təsnifat mərhələsində 24 komanda 6 qrupa bölünüb. Qrupda birinci və ikinci olacaq kollektivlər final mərhələsinə yüksələcək.

Avro-2023-ün final mərhələsinə Belçika, İtaliya, Estoniya və Almaniya ev sahibliyi edəcək.