Keçmiş dünya çempionu revanş ala bilmədi

Keçmiş dünya çempionu revanş ala bilmədi

Səudiyyə Ərəbistanının Ciddə şəhərində boks gecəsi keçirilib. WBA, IBF, WBO və IBO versiyaları üzrə ağır çəkidə dünya çempionu ukraynalı Aleksandr Usik britaniyalı Entoni Coşua ilə üz-üzə gəlib. Döyüş 12 raund davam edib. A.Usik hakimlərin qərarına əsasən qalib elan olunub.
Beləliklə, ukraynalı idmançı karyerasındakı 20-ci qarşılaşmasında 20-ci qələbəsini qazanıb. 24 dəfə qalib gələn sabiq dünya çempionu Coşua 3-cü dəfə məğlubiyyətlə üzləşməli olub.
Bu, boksçular arasında cavab görüşü idi. 2021-ci ilin sentyabrında İngiltərədə gerçəkləşən ilk döyüşdə də Aleksandr Usik rəqibini məğlub edib.