ASAPES və Meçnikov Universiteti arasında anlaşma memorandum imzalanıb

ASAPES və Meçnikov Universiteti arasında anlaşma memorandum imzalanıb

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası (ASAPES) və Rusiya Federasiyasının Sankt-Peterburq şəhərinin İ.İ.Meçnikov adına Şimal-Qərb Dövlət Tibb Universiteti arasında beşillik dövrü əhatə edəcək anlaşma memorandumu imzalanıb. Görüşdə ASAPES-in tədris və elmi işlər üzrə prorektoru Təhminə Tağı-zadə, İdman menecmenti və kommunikasiya kafedrasının müdiri, mexanika üzrə elmlər doktoru, dosent Nailə Kələntərli, Sosial elmlər kafedrasının müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əhmədova və Şimal-Qərb Dövlət Tibb Universitetinin beynəlxalq əlaqələr və layihələr üzrə prorektoru Aleksey Silin, Beynəlxalq münasibətlər departamentinin rəhbəri Kseniya Xramtsova iştirak ediblər.

Sənədə əsasən, tərəflər ümumi maraqları əhatə edən bir çox sahələr üzrə əməkdaşlıq edəcəklər. Buraya elmi araşdırmalar, qarşılıqlı maraq kəsb edən sahələr üzrə təhsil fəaliyyəti, tərəflər arasında razılaşdırılmış prosedur qaydaları əsasında müəllim və tədqiqatçıların, həmçinin təhsil prosesi dövründə tələbə və doktorantların akademik çevikliyi, seminar və elmi konfranslarda iştirak kimi məsələlər daxildir.