"Zenit" BTİC İB boksçusu beynəlxalq turnirin qalibi olub
BOK
30.08.2022, 16:09
Bu yaxınlarda Rumıniyanın Oradea şəhərində boks üzrə Avropa klubları arasında II beynəlxalq Krişana kuboku turniri keçirilib. Yarışda qitənin 6 ölkəsindən - Rumıniya, Polşa, Slovakiya, Ukrayna, Macarıstan və Azərbaycandan ümumilikdə 163 boksçu mübarizə aparıb. Yeniyetmələr, gənclər və kişilər arasında keçirilən turnirdə ölkəmizi "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin (BTİC İB) 2 boksçusu təmsil edib. "Zenit"in boks bölməsinin məşqçi müəllimi Ceyhun Rüstəmovun rəhbərliyi altında Orxan Mövsümov (+92 kq) kişilər, Nəsir Səccad (60 kq) isə gənclər arasında qüvvəsini sınayıb. 4 gün davam edən yarışda komandamızın üzvlərindən Nəsir Səccad (60 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala layiq görülüb. Bu günlərdə redaksiyamızın qonağı olan "Zenit" BTİC İB-in Əməkdar məşqçisi Ceyhun Rüstəmov yarış haqda ətarflı məlumat verib. "Bu yarış bizim üçün təcrübə baxımdan gözəl bir fürsət idi. Düzdür, çox istərdik ki, yarışda geniş heyətlə təmsil olunaq və daha çox idmançımız təcrübə qazansın. Amma yol və maliyyə səbəblərinə görə turnirdə 2 idmançı ilə mübarizə apardıq. Yarış yüksək səviyyədə keçdi. Komandamızın üzvü Nəsir Səccad (60 kq) gənclər arasında yarışda qızıl medala sahib çıxdı. O, ilk görüşdə Polşa, növbəti mərhələdə isə Macarıstan təmsilçisinə qalib gələrək, finala vəsiqə qazandı. Komandamızın üzvü həlledici görüşdə yerli Rumıniya boksçusundan üstün olaraq, finaldan sonra Azərbaycan himnini səsləndirdi. Komandamızın digər üzvü Orxan Mövsümov isə ilk görüşdə qalib gəlsə də, səhətində problem olduğuna görə ikinci görüş üçün rinqə çıxmadı", - deyə Ceyhun müəllim bildirib. Təcrübəli mütəxəssis müsahibə zamanı məşqçisi olduğu komandasının qarşıdakı planları barədə də məlumat verib. O, ilin sonuna qədər idman cəmiyyətinin yetirmələrinin ən azı üç beynəlxalq yarışda qüvvələrini sınayacaqlarını qeyd edib. "Respublika birinciliyinə qədər ən azı üç beynəlxalq yarışda iştirak etməyi planlaşdırırıq. Ölkə birinciliyində isə çalışacağıq ki, ən azı 8 çəki dərəcəsində təmsil olunacaq. Qeyd edim ki, komandamız yeni qurulub. Uşaqların əksəriyyəti demək olar ki, pandemiyadan sonra məşqlərə cəlb olunublar. Hər şeyi yenidən başlamışıq. Bunun üçün beynəlxalq yarışlarda iştirak edərək təcrübə qazanmaq çox vacibdir. Hazırda idman cəmiyyətində istedadlı idmançılarımız məşq keçirlər. Bunlara misal olaraq Mehran Rəsulov, Yusif Ağakişiyev, Əhəd Rüstəmlini və digər boksçuların adlarını qeyd etmək olar. Onların yaşları az olsa da, gələcək üçün perspektivlər vəd edirlər. Bu gün "Zenit" Bədən Tərbiyəsi İdman Cəmiyyəti İctimai Birliyinin sədri Fazil Hadıbəyov idmançılara və məşqçilərə diqqət və qayğı göstərir. Qeyd edim ki, hazırda idman cəmiyyətinin boks zalı təmirə dayanıb. Bizə yaradılan şəraitə görə Fazil müəllimə minnətdarlığımızı bildiririk. İnanıram ki, komandamızın üzvləri yeni qələbələrlə rəhbərliyin və məşqçilərin etimadlarını doğruldacaqlar", - deyə Ceyhun müəllim qeyd edib.
Azər Əlizadə
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK