Avropa Kanoe Assosiasiyası “Mingəçevir reqatası-2022”ni təqvim planına daxil edib

Avropa Kanoe Assosiasiyası “Mingəçevir reqatası-2022”ni təqvim planına daxil edib

Oktyabrın 21-23-də təşkil olunacaq “Mingəçevir reqatası” beynəlxalq turniri  Avropa Kanoe Assosiasiyası (ECA) təqvim planına salınıb. Qurumun rəsmi saytına yerləşdirilən yarış yeniyetmə və gənclər arasında təşkil olunacaq.  Beynəlxalq turnirdə avarçəkmənin müxtəlif növlərində idmançılar mübarizə aparacaqlar. Eyni zamanda ECA-nın saytında gedən xəbərdə AKAF-in prezidenti Vüqar Əhmədovun dəvət məktubu və yarışın Əsasnaməsi öz əksini tapıb.

Qeyd edək ki, keçmiş SSRİ dönəmində təşkil olunan “Mingəçevir reqatası” beynəlxalq yarışında nəinki Sovetlər Birliyi, eləcə də Avropanın bir çox ölkələrindən olan idmançılar iştirak edib və bu yarış ümumittifaq kateqoriyalı reqatalar içərisində önəmli yer tutublar.