Milli Olimpiya Komitəsində Ümumdünya Ədalətli Oyun Gününə həsr olunmuş tədbir keçirilib
BOK
08.09.2022, 19:30
Milli Olimpiya Komitəsində (MOK) 7 sentyabr - Ümumdünya Ədalətli Oyun Gününə həsr olunmuş tədbir keçirilib. Tədbirdə Milli Olimpiya Komitəsinin vitse-prezidentləri Çingiz Hüseynzadə, Zemfira Meftaxetdinova, MOK-un baş katibi Azər Əliyev, Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının (AzƏOK) sədri Xəzər İsayev və idman ictimaiyyətinin digər nümayəndələri iştirak ediblər. Tədbirdə çıxış edən AzƏOK-un sədri Xəzər İsayev 7 sentyabr - Ümumdünya Ədalətli Oyun Günü haqda məlumat verərək, Azərbaycanın Beynəlxalq və Avropa Ədalətli Oyunlar Hərəkatının təşkil etdiyi tədbirlərdə iştirak etdiyini bildirib.
“Avropa Ədalətli Oyunlar Hərəkatı 1994-cü ildə yaranıb. Bu gün 40-dan artıq dövlət bu hərəkata qoşulub. 1998-ci ildə Prezident İlham Əliyev tərəfindən Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası yaradılıb. Komissiyaya əvvəllər MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə, sonradan Olimpiya çempionu Rəfiqə Şabanova, 2000-ci ildən isə mən rəhbərlik edirəm. Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyası həmin dövrdən beynəlxalq qurumlarla çox yaxın təmasda olmuş və işlərini birgə davam etdirir. Bütün bu əlaqələrin yaranması Azərbaycanda bu hərəkata çox böyük önəm verildiyinin göstəricisidir. Biz bu fəaliyyətimizi davam etdirir, beynəlxalq müsabiqələrdə və tədbirlərdə yaxından iştirak edirik. Qeyd edim ki, 2009-cu ildə Avropa Ədalətli Oyunlar Hərəkatının konqresi və Assambleyası, 2015-ci ildə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatlarının birgə konqresi, Baş Assambleyası və qala gecəsi ölkəmizdə yüksək səviyyədə təşkil olunub. Artıq bu hərəkat Azərbaycana etimad göstərir və bu hərəkatda bizim xüsusi yerimiz var. Biz Azərbaycanda ədalət prinsiplərini, etik qaydaları gənc nəslə və bütün idman ictimaiyyətinə aşılayaraq, təbliğat xarakterli işlər həyata keçiririk. Bunun üçün ölkəmizdə mütəmadi olaraq, müsabiqələr, görüşlər və müəyyən tədbirlər təşkil edir, beynəlxalq qurumun tədbirlərinə qoşuluruq. Bu yaxınlarda Avropa Ədalətli Oyunlar Hərəkatı fotomüsabiqə təşkil etmişdi. Bu müsabiqədə Azərbaycan fotoqrafları da müvəffəqiyyətlə iştirak ediblər. Sevindirici haldır ki, bizim fotoqraflarımız 64 iştirakçı arasında müvafiq olaraq, 9, 11 və 12-ci yerləri tutaraq sertifikata layiq görülüblər”, - deyə Xəzər İsayev bildirib. Sonra “Spirit of Fair Play” beynəlxalq foto müsabiqənin nominantları - fotoqraflar İlqar Cəfərov, Zaur Mustafayev və Fərqanə Qasımlıya diplomlar təqdim olunub. Daha sonra Xəzər İsayev “Ədalətli oyun ruhunda keçən idman karyerası və həyat” kateqoriyası üzrə “Con Borotra” Dünya Ədalətli Oyunlar diplomunu MOK-un vitse-prezidenti Çingiz Hüseynzadəyə təqdim edib. Tədbirdə qeyd olunub ki, Macarıstanın paytaxtı Budapeştdə Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının Baş Assambleyası çərçivəsində nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimində Ç.Hüseynzadə bu mükafatla təltif olunub. Ç.Hüseynzadə bu mükafata indiyədək ədalətli oyun prinsiplərinin təbliği, Avropa və Beynəlxalq Ədalətli Oyunlar hərəkatları ilə əlaqələrin qurulması istiqamətində gördüyü mühüm işlərə görə layiq görülüb. Azərbaycan və dünya idmanının inkişafında xidmətləri olan MOK-un vitse-prezidentinin rəhbərliyi ilə keçirilən tədbirlər yüksək səviyyədə və ədalət prinsiplərinə sadiqlik şəraitində keçib. O, Avropa Ədalətli Oyunlar Hərəkatının Konqres və Assambleyasında ilk dəfə Azərbaycanı təmsil edib. Avropa Olimpiya Komitəsinin “Şərəf” ordeni ilə təltif olunub. Mükafata layiq görülən Ç.Hüseynzadə bildirib ki, MOK-un Ədalətli Oyunlar Komissiyası hər il ənənəvi olaraq idman ictimaiyyətinin diqqətini bu sahəyə cəlb etmək, ədalətli oyun prinsiplərini təbliğ etmək və bu prinsiplərə sadiq insanları həvəsləndirmək məqsədilə ilin sonunda, eləcə də müxtəlif yarışlarda 6 nominasiya üzrə mükafatlar təsis edir. Bundan başqa gənc nəslin diqqətini cəlb etmək məqsədilə bir sıra tədbirlər keçirilir. “Beynəlxalq Ədalətli Oyunlar Komissiyası ilə bizim çox sıx əlaqəmiz var. Bu təşkilatda ilk dəfə olaraq Azərbaycanı mən təmsil etmişdim. Biz bir neçə dəfə ədalətli oyunların necə olmasını müzakirə etmişdik. Son zamanlar ədalətli oyunlar deyəndə jurnalistlər ancaq futbolu başa düşürlər. Amma ədalətli oyunlar təkcə futbola deyil, bütün idman növlərinə aiddir. Əgər bir idmançı bu qaydaları pozursa Ədalətli Oyunlar Komissiyası bu məsələləri diqqətdə saxlayır. Eyni zamanda öz rəqibinə qarşı hörmətlə yanaşan hər bir idmançıya bu komissiya tərəfindən xüsusi mükafatlar təqdim edilir. Bir daha bu mükafata görə Avropa və Beynəlxalq Ədalətli Oyunlar Komitəsinə və Xəzər İsayevə öz təşəkkürümü bildirirəm”, - deyə Çingiz Hüseynzadə bildirib. Sonra MOK-un Ədalətli Oyunlar Komissiyası, Dünya Narkotiklə Mübarizə Aparan İdmançılar Federasiyasının Azərbaycan nümayəndəliyi və Beynəlxalq Natural Bodibildinq və Fitnes Assosiasiyasının ölkəmizdəki təmsilçisi İNBA Qlobal Azərbaycan Birliyi arasında birgə əməkdaşlıq haqqında memorandum imzalanıb. Sonda qonaqlar İncəsənət Gimnaziyasının skripkaçılar ansamblının ifasını dinləyiblər. Qeyd edək ki, Ümumdünya Ədalətli Oyun Günü idmanda ədalətli oyunu və etik dəyərləri təşviq etmək üçün nəzərdə tutulmuş idman təşəbbüsüdür. İstər meydanda, istərsə də meydandan kənarda idmanla məşğul olanlar hər il bu tarixdə ədalətli oyun təşəbbüsləri, layihələr və uğurlar haqda məlumat paylaşırlar.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası
-
Bakıda voleybol məşqçiləri üçün seminar keçirilib
25.06.2026, 18:55 Voleybol
-
Aydın Süleymanlı: "Hər bir şahmatçının arzusudur ki, Karlsenə qarşı oynasın"
25.06.2026, 11:00 Şahmat
-
U-15 millilər arasında ilk dünya çempionatı Azərbaycanda keçiriləcək
25.06.2026, 10:40 Gündəm
-
Çimərlik güləşi üzrə Azərbaycan çempionatı keçiriləcək
25.06.2026, 10:14 Güləş
-
DÇ-2026: Pley-offa yüksələn 13 komanda müəyyənləşdi
25.06.2026, 10:10 Futbol
-
Deflimpiya üzrə yunan-Roma güləşi yığmasına yeni baş məşqçi təyin edilib
24.06.2026, 18:22 Güləş
-
“Xatirələrdə yaşayanlar” veteran idmançılar guşəsi keçmişlə gələcək arasında mənəvi körpü rolunu oynayacaq
24.06.2026, 18:00 Olimpiya dünyası
-
Zülfüqar Süleymanov ardıcıl ikinci dəfə Avropa çempionu oldu - FOTO/VİDEO
24.06.2026, 17:41 Gündəm
-
Xankəndidə yeni cüdo zalı istifadəyə verilib
24.06.2026, 12:22 Cüdo
-
AAF-nin prezidenti ilə Muhammed Yousef Al Mana arasında görüş keçirilib
23.06.2026, 21:01 Ağırlıqqaldırma
-
Azərbaycan Olimpiya Hərəkatının inkişafında İlham Əliyevin rolu
23.06.2026, 16:49 Olimpizm xəbərləri
-
MOK-un əməkdaşı Gənc Olimpiya Səfirlərinin 66-cı Beynəlxalq Sessiyasında iştirak edib
23.06.2026, 16:09 MOK