Azərbaycan və Səudiyyə Ərəbistanı arasında idman sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

Azərbaycan və Səudiyyə Ərəbistanı arasında idman sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib

İslam Əməkdaşlıq Təşkilatı ölkələrinin gənclər və idman nazirlərinin V konfransında iştirak edən gənclər və idman naziri Fərid Qayıbov Səudiyyə Ərəbistanı Krallığının idman naziri, şahzadə Əbdüləziz bin Turki Əl-Faysal ilə görüşüb. Görüş zamanı nazir Fərid Qayıbov konfransın Ciddə şəhərində təşkilindən məmnunluğunu ifadə edərək, ikitərəfli əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb. O, eyni zamanda Azərbaycanın sədrliyi dövründə gənclər və idman sahəsində görülmüş işlər barədə məlumat verib. Görüş zamanı iki ölkə arasında idman sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib.