Usta cüdoçularımız Krakovdan 15 medalla qayıdırlar
BOK
12.09.2022, 13:42
Sentyabrın 8-dən 11-dək Polşanın Krakov şəhərində usta cüdoçular arasında dünya çempionatı keçirilib. Çempionatda 60 ölkədən 837 (743 kişi, 94 qadın) veteran cüdoçu qüvvəsini sınayıb. Azərbaycan yığması yarışlarda 7 yaş kateqoriyası üzrə 31 idmançı ilə təmsil olunub. Çempionata Azərbaycan Cüdo Federasiyasının və Azərbaycan Cüdo Veteranları Assosiasiyasının dəstəyi ilə “Judo Club 2012”nin məşq bazasında hazırlaşmış usta cüdoçularımız Krakovdan Vətənə 15 medalla (5 qızıl, 5 gümüş, 5 bürünc) qayıdırlar. Yığma komandanın baş məşqçisi Fərhad Rəcəbli üçün bu ilki çempionat xüsusilə yaddaqalan olub. O, M7 yaş kateqoriyasında 90 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gəlib, beləliklə də, usta cüdoçular arasında keçirilən dünya çempionatlarında 10-cu qızıl medalını qazanıb. Bundan əvvəl, bu ilin iyun ayında Yunanıstanın Heraklion şəhərində keçirilən veteranlar arasında Avropa çempionatında isə usta cüdoçumuz 8-ci dəfə fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı... Krakovda komandamıza digər qızıl medalları M1 yaş kateqoriyasında Tural Səfquliyev (-100 kq), İntiqam Ələkbərov (-100 kq), M3 yaş kateqoriyasında Azər Fətullayev (-81 kq) və Babək Hacıyev (-60 kq) qazandırıblar. Nadir Babayev (M1, -73 kq), Murad Rəcəbli (M1, -90 kq), Qurban Məmmədli (M1, +100 kq), Məmməd Məmmədov (M2, -73 kq) və Zülfüqar Hüseynov (M3, -81 kq) gümüş, Samir İsmayılov (M2, -81 kq), Mətləb Məmmədov (M2, -90 kq), Rəşad Quliyev (M3, -73 kq), Emil Hüseynov (M4, -100 kq) və Mübariz Cəfərov (M5, -90 kq) isə bürünc medalın sahibi olublar. Ümumilikdə 5 dəst medal qazanan veteranlarımız çempionatı ümumi hesabda 5-ci, kişilər arasında isə 4-cü yerdə başa vurublar. Azərbaycan Cüdo Federasiyasının “A” kateqoriyalı beynəlxalq dərəcəli hakimi Nazim Umbayev çempionatda ədalət təmsilçiləri arasında yer alıb. O, 2 final görüşünə, 4 bürünc medal uğurunda mübarizəyə hakimlik edib.
Xatırladaq ki, Azərbaycanın veteran cüdoçuları bu ilin iyunda Yunanıstanda keçirilən Avropa çempionatında da uğurla çıxış edərək 9 qızıl, 5 gümüş və 5 bürünc medal qazanmışdılar. Ümumiyyətlə, Azərbaycanın veteran cüdoçuları 2002-ci ildən dünya, 2004-cü ildən isə Avropa çempionatlarında iştirak edirlər.
Dİgər xəbərlər
SON XƏBƏRLƏR
-
AMADA yeniyetmə idmançılar üçün maarifləndirici tədbir keçirib
03.07.2026, 13:39 AMADA
-
Avropa çempionatında Azərbaycanı təmsil edəcək güləşçilərimiz müəyyənləşib
03.07.2026, 13:19 Güləş
-
Fərid Qayıbov UNESCO-nun dopinqə qarşı konfransı çərçivəsində əməkdaşlıq məsələlərini müzakirə edib
03.07.2026, 11:40 Olimpiya dünyası
-
Atletlərimiz Balkan çempionatında iştirak edəcək
03.07.2026, 11:33 Atletika
-
"Neftçi" Fransadakı Dünya Qadın Seriyasında mübarizəyə start verir
03.07.2026, 11:23 Basketbol
-
DÇ-2026: 1/8 finalın daha üç iştirakçısının adına aydınlıq gələcək
02.07.2026, 17:05 Futbol
-
Bakıda İBA Çempionlar Gecəsi keçiriləcək
01.07.2026, 17:04 Gündəm
-
Olimpiya mükafatçımız reytinq siyahısına başçlıq edir
01.07.2026, 16:41 Gündəm
-
Parabadmintonçularla görüş keçirilib
01.07.2026, 16:32 Olimpiya dünyası
-
Şose velosipedi üzrə ölkə çempionatının qalibləri müəyyənləşib
01.07.2026, 16:13 Velosiped
-
Yardımlıda cüdo üzrə region birinciliyi keçiriləcək
01.07.2026, 16:03 Cüdo
-
Stolüstü tennisçilər respublika birinciliyində yarışırlar
01.07.2026, 15:56 Tennis
-
Atlanta-1996 Olimpiadasının 30 ili təntənəli şəkildə qeyd olunacaq
30.06.2026, 13:39 Müsahibə
-
MOK "Olimpiya Günü"nə həsr olunmuş tədbir keçirib
30.06.2026, 13:00 MOK
-
İstanbul 2027 Avropa Oyunlarının şef de-mission seminarı keçirilir
29.06.2026, 13:35 MOK
-
Azərbaycan millisi Qran-Prini dörd medalla başa vurdu
29.06.2026, 11:07 Cüdo
-
Deflimpiya üzrə üzgüçülük millisinə yeni baş məşqçi təyin edilib
29.06.2026, 10:42 Su idman növləri
-
“Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına start verilib.
29.06.2026, 10:31 Şahmat
-
XXV Qış Olimpiya Oyunları rekord tamaşaçı auditoriyası toplayıb
29.06.2026, 10:10 Olimpizm xəbərləri
-
Olimpiyaçılara ilk dəfə 10 min dollarlıq xüsusi qrant veriləcək
29.06.2026, 09:53 Olimpizm xəbərləri
-
Amerikalı üzgüçü dünya rekordunu yeniləyib
29.06.2026, 08:17 Su idman növləri
-
Venesuelada zəlzələ futbolçu Lukas Trexoya ağır itki yaşadıb
29.06.2026, 01:30 Gündəm
-
Rassel Avstriya Qran-prisində hamını qabaqladı
29.06.2026, 01:09 Formula 1
-
Superkompüter dünya çempionatının favoritini açıqlayıb
29.06.2026, 00:31 Futbol
-
Praqa sınağında 4 medal
28.06.2026, 23:08 Cüdo
-
Avarçəkənimiz “Amber Oars” beynəlxalq turnirində qızıl medal qazanıb
28.06.2026, 22:38 Su idman növləri
-
Azərbaycanın yeniyetmə cüdoçularının Avropa çempionatındakı rəqibləri müəyyənləşib
28.06.2026, 22:22 Cüdo
-
Qusarda region birinciliyi keçirilib
28.06.2026, 21:33 Cüdo
-
Bakıda tarixi UFC gecəsi keçirilib
28.06.2026, 10:18 Gündəm
-
"Heydər Əliyev Kuboku" uğrunda turnirin qalibi müəyyənləşib
28.06.2026, 01:33 Futbol
-
Mehriban Əliyeva Silahlı Qüvvələr Günü münasibətilə paylaşım edib
26.06.2026, 01:11 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Azərbaycan Ordusu ilə bağlı videoçarx paylaşılıb - VİDEO
26.06.2026, 00:06 Gündəm
-
Prezident İlham Əliyevin sosial media hesablarında Silahlı Qüvvələr Günü ilə bağlı paylaşım edilib
25.06.2026, 23:26 Gündəm
-
“Gələcəyə Doğru 2026” turniri keçirilib
25.06.2026, 20:20 Olimpiya dünyası