"Qarabağ"ın rəqibi Bakıya gəlib

\"Qarabağ\"ın rəqibi Bakıya gəlib

BOK

14.09.2022, 10:43

Fransanın "Nant" komandası "Qarabağ"a qarşı keçirəcəyi UEFA Avropa Liqasının qrup mərhələsinin II tur oyunu üçün Bakıya gəlib. Rəqib kollektiv ötən gün axşam saatlarında Azərbaycana çatıb. Saat 17:15-də Liqa 1 təmsilçisinin baş məşqçisi Antuan Kombuarenin mətbuat konfransı, saat 18:00-da isə komandanın media üçün açıq məşqi olacaq.

Qeyd edək ki, sentyabrın 15-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:45-də başlayacaq.

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR