“ABU Arena” yaxın günlərdə yeni ad altında fəaliyyət göstərəcək

“ABU Arena” yaxın günlərdə yeni ad altında fəaliyyət göstərəcək

“ABU Arena” idman kompleksi yaxın günlərdə “AHF Arena” kimi fəaliyyətə başlayacaq. Azərbaycan Həndbol Federasiyasından verilən məlumata görə, xeyli vaxtdır həyata keçirilən işlər artıq yekunlaşdırılıb. Qısa müddət ərzində xeyli iş görülüb – məşq zalında, soyunub-geyinmə və istirahət otaqlarında təmir işləri başa çatdırılıb. 2004-cü ildə tikilən idman qurğusunda hər cür şərait yaradılaraq həndbolçuların ixtiyarına verilib.

Ölkədə həndbolun inkişafına təkan olacaq idman kompleksinin yenidən istifadəyə verilməsini AHF-nin həndbolçulara gözəl töhfəsi kimi dəyərləndirmək olar.

Qeyd edək ki, “AHF Arena”da həm yerli yarışların, həm də beynəlxalq miqyaslı turnirlərin oyunları keçiriləcək.