Stolüstü tennisçimiz beynəlxalq turnirə uğurla başladı

Stolüstü tennisçimiz beynəlxalq turnirə uğurla başladı

Tbilisidə stolüstü tennis üzrə “WTT Youth Contender” turniri keçirilir. Yeniyetmələrdən ibarət millimiz yarışda həm oğlanların, həm də qızların turnirində təmsil olunur. Turnir oğlanların mübarizəsi ilə başlayıb.

Yarışın ilk günündə 17 yaşadək idmançıların mübarizəsinə qatılan Adil Əhmədzadə qrup mərhələsində iranlı Nima Nagavi, qazaxıstanlı Ramazan Nazir və ermənistanlı Narek Stepanyan üzərində inamlı qələbələrlə növbəti mərhələyə adlayıb. Səkkizdəbir finalda İran idmançısı Seyedsina Horeyşianı üstələyən A.Əhmədzadə adını dörddəbir finala yazdırıb.

Sentyabrın 21-dək keçiriləcək yarışda böyük məşqçi Fərhad İsmayılov və məşqçi Ramil Cəfərovun rəhbərliyi ilə Adil Əhmədzadə, Rüstəm Hacılı, Hüseyn Eylazov və Onur Quluzadə bacarıqlarını göstərəcəklər.