Yeniyetmə cüdoçular region birinciliyində yarışıblar

Yeniyetmə cüdoçular region birinciliyində yarışıblar

BOK

11.10.2022, 12:14

Şəkidə yeniyetmələr (U-18) arasında cüdo üzrə region birinciliyi keçirilib. Şəki Olimpiya İdman Kompleksində baş tutan yarışda oğlanlar arasında 8, qızlar arasında isə 2 çəki dərəcəsində qaliblər müəyyənləşib. Qızlar arasında Naida Quziyeva (44 kq) və Nərmin Qocayeva (52 kq) birinci yeri tutublar. Oğlanların yarışında isə Tunar Məmmədli (46 kq), Rəhman Qanbaylı (50 kq), Səid Abdullazadə (55 kq), Rihat Mustafazadə (60 kq), Allahverdi Səməd (66 kq), Ruslan İsmayılov (73), Hüseyn Eyvazlı (81 kq), Ümüd Poladzadə (90 kq) qalib adını qazanıblar. Qeyd edək ki, yarışda Şimal-Qərb regionunu təmsil edən 11 komandanın heyətində 103 cüdoçu medallar uğrunda mübarizə aparıb.  

Dİgər xəbərlər

SON XƏBƏRLƏR

BÜTÜN XƏBƏRLƏR