Stolüstü tennisçimiz Çexiyada gümüş medala layiq görüldü

Stolüstü tennisçimiz Çexiyada gümüş medala layiq görüldü

Çexiyanın Havirov şəhərində keçirilən stolüstü tennis üzrə “Eurotalents Development Camp” adlı təlim-məşq toplanışı və turnirə yekun vurulub. Azərbaycan Stolüstü Tennis Federasiyasındanverilən məlumata görə, oktyabrın 9-dan 15-dək davam edən toplanışda 15 və 17 yaşadək idmançılar mübarizə aparıblar. Toplanışdan sonra keçirilən turnirdə ölkəmizi milli komandanın məşqçisi Ramil Cəfərovun rəhbərliyi ilə Mərziyyə Nurmətova və Adil Əhmədzadə təmsil ediblər. Turnirin yalnız final görüşündə uduzan M.Nurmətova fəxri kürsünün ikinci pilləsində yer alıb, Adil Əhmədzadə isə 7-ci yerlə kifayətlənib.

Qeyd edək ki, yarışda Çexiya, Azərbaycan, Avstriya, Niderland, Yunanıstan, Slovakiya, Latviya və Kosovo tennisçiləri mübarizə aparıblar.