Yeniyetmə stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Yeniyetmə stolüstü tennisçilərimiz Avropanın ən istedadlıları sırasında

Yeniyetmə stolüstü tennisçilərimiz Sloveniyanın Otocec şəhərində təşkil olunan “Eurotalents selection camp” toplanışında uğurla çıxış ediblər. Istedadlı idmançıların seçim xarakterli toplanışlarının final mərhələsində milli komandamızın baş məşqçisi Mixail Timofeyev və məşqçi Elnur Hidayətzadənin rəhbərliyi ilə Onur Quluzadə, Yağmur Məmmədli və Xədicə Eylazova bacarıqlarını göstəriblər.

Sloveniya sınaqlarında da etimadı doğruldan Onur Quluzadə ilə Yağmur Məmmədli Avropanın ən istedadlı tennisçiləri sırasında yer almaqla Avropa Stolüstü Tennis Federasiyasının 2023-cü il üçün nəzərdə tutulan toplanışlarına qatılmaq hüququ qazanıblar.