3 idmançımız antidopinq qayda pozuntusuna görə cəzalandırıldı

3 idmançımız antidopinq qayda pozuntusuna görə cəzalandırıldı

Azərbaycanın 3 idmançısı antidopinq qaydalarının pozuntusuna görə cəzalandırılıb.

Azərbaycan Milli Antidopinq Agentliyindən (AMADA) verilən məlumata görə, pauerliftinqçilərdən Elmin Niftəliyev 4 il, Ramil Əhmədov 2 illik cəza ilə üzləşib.

Ağırlıqqaldıran Səxavət Babayev də 2 illik diskvalifikasiyaya məruz qalıb.

Hər üç dopinq-test nümunəsində qadağan edilmiş maddə və ya onun metabolitləri və ya markerləri aşkarlanıb.

E.Niftəliyev və R.Əhmədovun cəzası 2021-ci il noyabrın 18-dən, Babayev də isə bu il iyulun 26-da qüvvəyə minib.