Şumaxerin bolidi hərracda rekord qiymətə satıldı 

Şumaxerin bolidi hərracda rekord qiymətə satıldı 

Almaniyalı formula 1 pilotu Mixael Şumaxerin bolidi Cenevrədə keçirilən hərracda 13 milyon İsveçrə frankına (13,2 milyon dollara) satılıb. Əfsanəvi pilot “Ferrari F2003-GA” bolidi 2003-cü il mövsümündə 6-cı Formula 1 dünya çempionluğunu qazanmışdı. Avtomobilin müasir Formula 1 bolidi üçün rekord qiymətə satıldığı bildirilib. İlkin olaraq hərrac evi avtomobilin dəyərini 7,5 milyon - 9,5 milyon İsveçrə frankı (7,6 milyon dollar - 9,6 milyon dollar) qiymətləndirib.
Qeyd edək ki, M.Şumaxer “Benetton”la iki dəfə (1994, 1995), “Ferrari” ilə beş dəfə (2000-2004) olmaqla toplam 7 dəfə Formula 1 çempionu olub.