Əfsanəvi braziliyalı pilot Ayrton Sennanın 1986-cı il mövsümündə idarə etdiyi “Lotus 98T” avtomobili hərraca çıxarılıb.
Olimpnews.az xəbər verir ki, “RM Sothebys” hərrac evində satışa çıxarılan lotun 9,5 milyon dollardan 12 milyon dollara qədər artması gözlənilir. Mütəxəssislərin fikrincə “Lotus 98T” yüksək qiymətə satıldığı təqdirdə, avtomobil tarixin ən bahalı beş Formula 1 yarış avtomobilindən biri ola bilər. Məlumat üçün bildirək ki, hazırkı rekord 2025-ci ildə 53,01 milyon dollara satılan Xuan Manuel Fanhionun 1954-cü il buraxılışlı “Mercedes W196R” avtomobilinə məxsusdur.
Xatırladaq ki, “yağış adam“ ləqəbli braziliyalı mərhum pilot 1994-cü ildə İmola Qran-prisində faciəvi şəkildə həlak olub.


