Fransalı pilot 5 ildən sonra yanmış dəbilqəsinə qovuşub

Fransalı pilot 5 ildən sonra yanmış dəbilqəsinə qovuşub

Formula 1 üzrə fransalı yarış sürücüsü Roman Qrojan 2020-ci il Bəhreyn Qran Prisi zamanı baş verən dəhşətli qəzada istifadə etdiyi dəbilqə ilə yenidən qarşılaşıb. "Beş ildən sonra noyabrın 29-da dəbilqəmə qovuşdum. Uşaqlarım həqiqətən yanğından necə sağ çıxdığımı və həmin gecə əslində nə baş verdiyini anlamaq istəyirdilər. Həmin anda məni bu qədər yaxşı qoruduqları üçün "Bell" və "Alpinestars" şirkətlərinə həmişə minnətdaram. Yanmış dəbilqə mənə həyatın necə şirin olduğunu xatırladır", - Qrojan sosial mediada yazıb.

Qeyd edək ki, fransalı pilot Bəhreyn Qran-prisində «Haas» avtomobili ilə maneəyə çırpılıb, parçalanan avtomobil dərhal alovlanmışdı.