Cüdo turnirinin qalibləri müəyyənləşdi

Cüdo turnirinin qalibləri müəyyənləşdi

Ağcabədi Olimpiya İdman Kompleksində cüdo idman növü üzrə rayon turniri keçirilib. Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin və Olimpiya İdman Kompleksinin birgə təşkilatçılığı ilə keçirilən turnirdə müxtəlif çəki dərəcələrində cüdoçular iştirak edib. Gərgin mübarizə şəraitində keçən yarışın sonunda ayrı-ayrı çəki dərəcələri üzrə qalib idmançılara diplom və medallar təqdim olunub.