Stolüstü tennisçilərin ölkə kuboku yarışı başlayır

Stolüstü tennisçilərin ölkə kuboku yarışı başlayır

Bu gün “Şüa” İdman Kompleksində stolüstü tennis üzrə ölkə kuboku yarışına start veriləcək. Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Stolüstü Tennis Federasiyasının təşkilatçılığı ilə keçiriləcək yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir. Həmçinin, perspektivli idmançıları üzə çıxarmaq və milli komandaya namizədləri müəyyənləşdirmək məqsədi daşıyan yarışda şəxsi və komanda mübarizəsində qaliblər bilinəcək.
Turnirdə müxtəlif idman cəmiyyətləri, klublar və uşaq-gənclər idman məktəblərinin təmsilçiləri mübarizə aparacaq. 
Yarışa noyabrın 19-da yekun vurulacaq.