Triatlonçumuz mövqeyini yaxşılaşdırdı 

Triatlonçumuz mövqeyini yaxşılaşdırdı 

Çilidə keçirilən triatlon üzrə dünya kuboku yarışının Vina Del Mar mərhələsində Azərbaycan təmsilçisi Rostislav Pevtsov 11-ci yeri tutub.
İdmançımız üzgüçülük yarışmasını uğursuz start yerinə görə 40 saniyəlik gecikmə ilə başa vursa da, qaçışda yarışın liderindən cəmi 1 saniyə geri qalıb.
Azərbaycan idmançısı fərdi Olimpiya reytinqində 11 pillə irəliləməklə 48-ci yerə yüksəlib.
Hazırda R.Pevtsov Olimpiya lisenziyasına iddialı olan idmançılar sırasındadır. Belə ki, 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarında iştirak hüququ əldə etmək üçün R.Pevtsov reytinqə görə 55 ən yaxşı dünya idmançıdan biri olmalıdır.
Çilidə keçirilən yarışda İspaniya idmançısı David Kastro Fahardo birinci olub. Çili təmsilçisi Dieqo Moya yarışı ikinci, mərakeşli Cavad Abdelmoula üçüncü pillədə başa vurublar.