Stolüstü tennisçilərin mübarizəsində ilk gün başa çatdı

Stolüstü tennisçilərin mübarizəsində ilk gün başa çatdı

Bu gün Şüa İdman Kompleksində stolüstü tennis üzrə ölkə kubokuna start verilib. Gənclər və İdman Nazirliyi (GİN) və Azərbaycan Stolüstü Tennis Federasiyasının (ASTF) təşkilatçılığı ilə keçirilən yarışın əsas məqsədi ölkədə bu idman növünün kütləviliyini artırmaq və inkişaf etdirməklə yanaşı, tennisçilərin idman ustalığını yüksəltməkdir.

Yarışda müxtəlif idman cəmiyyətləri, klublar və Uşaq Gənclər İdman Məktəblərinin ümumilikdə 16 komandası mübarizə aparır. İdmançılar turnirdə komanda, şəxsi, qoşa və qarışıq qoşa yarışlarında iştirak edirlər.