Stolüstü tennisçilərin komanda yarışları başa çatdı 

Stolüstü tennisçilərin komanda yarışları başa çatdı 

“Şüa” İdman Kompleksində keçirilən stolüstü tennis üzrə komanda yarışlarına  yekun vurulub. Kişilərin mübarizəsində “Təhsil” RİM-in komandası turnirin qalibi adını qazanıb. MOİK komandası ikinci yelə kifayətlənib. Üçüncü yerləri isə “Sərhədçi” və “Sumqayıt” komandaları tutub. 
Qadınların mübarizəsində isə “Sumqayıt” tennisçiləri birinciliyi bayram ediblər. Kişilərdən fərqli olaraq, “Təhsil” RİM-nin qadınlardan ibarət komandası ikinci yerlə kifayətlənib. 13 saylı UGİM və Sumqayıt (Təhsil RİM) kollektivi üçüncü yerə layiq görülüb.
Noyabrın 19-dək davam edəcək turnirdə stolüstü tennisçilər şəxsi, qoşa və qarışıq-qoşa yarışlarda qalib adı uğrunda mübarizə aparacaqlar.