Boksçu rinqdə aldığı zərbələrdən bir il sonra həyatla vidalaşdı 

Boksçu rinqdə aldığı zərbələrdən bir il sonra həyatla vidalaşdı 

Meksikalı peşəkar boksçu Moises Fuentes dünyasını dəyişib. Bu barədə Dünya Boks Şurasının (WBC) prezidenti Maurisio Süleyman sosial şəbəkə hesabında bildirib.
Fuentes son döyüşündə aldığı ağır xəsarətə görə bir ildir ki xəstəxanada idi. O, 2021-ci ilin oktyabrında həmyerlisi David Kuelyara nokautla məğlub olmuşdu.
Boksçu qarşılaşmadan sonra beynində əmələn gələn qan laxtasına görə xəstəxanaya aparılıb və əməliyyat olunmuşdu. Zədə ağır olduğu üçün idmançı süni nəfəs aparatına qoşulmuşdu.
Qeyd edək ki, Moises Fuentes 2011-ci ildə WBO (Ümumdünya Boks Təşkilatı) üzrə yüngül çəkidə çempion olub. O, peşəkar rinqdə 25 qələbə, yeddi məğlubiyyət və bir heç-heçə əldə edib.